Bakıda hərarət 30 dərəcəyə çatacaq

Kristen Stewart

Daimi Üye
Katılım
3 Aralık 2009
Mesajlar
47.857
Tepki
49.341
Puan
113
Yaş
39
Konum
Çıkmaz Sokak
Bakıda hərarət 30 dərəcəyə çatacaq



2ugfm1f.jpg






Rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi proqnozlaşdırılır

Bakıda və Abşeron yarımadasında mayın 17-də hava az buludlu, yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 26-30 dərəcə, axşam 19-21 dərəcə isti olacaq.

Mayın 18-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 27-30 dərəcə isti olacaq.

Mayın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 27-30 dərəcə isti olacaq.

Mayın 20-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 18-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman qeydə alınacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 27-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 19-20-də hava əsasən yağmursuz keçəcək. Lakin mayın 19-da axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağıntının lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 26-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 19-da atmosfer təzyiqinin qısa müddətə enib-qalxması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
LENT.AZ
 
D

d.melek

Misafir
ohhh......ben sana daha nasil tesekkur edeyimki...AZerbaycanin hava durumunu bile yazmissin bize.......paylasimin icin mersi canim:eek::eek::eek:(kacma opucem):eek::eek::eek:
 

Şu anda bu konu'yu okuyan kullanıcılar

    Üst