Dəyərli sözlər

Kristen Stewart

Daimi Üye
Katılım
3 Aralık 2009
Mesajlar
47.857
Tepki
49.341
Puan
113
Yaş
39
Konum
Çıkmaz Sokak
Dəyərli sözlər
1. Ağıllı adamın axmaq qarşısında susmağı təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir.
(S.Şirazi)

2. Dünyadan əbədilik istəmə;özündə yoxdur ki, sənə versin.
(Ə.Suad)

3. Səndə olmayan məziyyətə görə səni öyən düşmənindir.
(K.F.Hotley)

4. Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)

5. Əfv etməyin ən gözəli düşmənini məhv etməyə qadir ikən onu bağışlamağındır. (Ö.İ.Əbüləziz)

6. Mənəviyyat bizə xoşbəxt olmağı deyil, xoşbəxtliyə necə nail olmağı öyrədir. (İ.Kant)

7. İnsanın fiziki boyu onun başından yerə qədər olan məsafə ilə,
mənəvi boyu isə başından göyə qədər olan məsafə ilə ölçülür.
(Ş.Perro)

8. Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir.
(T.Karleyl)

9. Bir ölkədə kiçik insanların kölgəsi uzanırsa, deməli, o ölkədə günəş batır.

10. Düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma.
(Çin atalar sözü)
11. Həyatda hər şey insanlar üçündür,ancaq silginiz qələminizdən tez qurtarıbsa,çox səhv etmisiniz deməkdir.

12. Qəzəb üçün nəticənin elə bir əhəmiyyəti yoxdur, o, yalnız səbəb axtarır. (İ.V.Höte)

13. Həyat yaşla deyil, yaşamaqla anlaşılır. (A.Gid)

14. İstər şirin, istər isə acı olsun, xatirə insana iztirab verir.
(F.M.Dostoyevski)

15. Bir şeyin qeyri-mümkün olduğuna inansanız, ağlınız bunun nə üçün qeyri-mümkün olduğunu sizə isbat etməyə çalışar. Lakin bir şeyi edə biləcəyinizə inandığınız zaman ağlınız onu etmək üçün yollar axtarmaqda sizə kömək etməyə başlayar.

16. Sıfıra bənzər insanlar vardır. onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. (O.Balzak)

17. Sözlər bir adamın zəkasını göstərə bilər, lakin məqsədini göstərən davranışlarıdır. (B.Franklin)

18. Soxulcanlar da yüksəkliklərə qalxa bilər, lakin qartalların ağzında.
(Ə.Sevən)

19. Məni ucaltmaq istəyənlərin məndən daha yüksəkdə olmaqları lazımdır. (H.E.Fosdiq)

20. Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışsa, utanmaq məcburiyyətində qalarıq. (A.Muhəmməd)
 

Şu anda bu konu'yu okuyan kullanıcılar

    Üst